Son dəqiqə

EİA Yaxın Şərq

EIA Yaxın Şərqə maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Bakı. TurkicWorld

2026-cı ildə Yaxın Şərqdə neft və digər maye karbohidrogenlərin hasilatının gündə 9,34 milyon barel, 2027-ci ildə isə orta hesabla gündə 9,64 milyon barel təşkil edəcəyi gözlənilir.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) "Qısamüddətli Enerji Proqnozu" adlı aprel hesabatında bildirilir.

EIA-nın qiymətləndirməsinə görə, Yaxın Şərqdə qeyd olunan məhsulların hasilatı 2026-cı ildə rüblər üzrə belə olacaq: birinci rübdə – orta hesabla gündə 8,81 milyon barel, ikinci rübdə – 9,39 milyon barel, üçüncü rübdə – 9,92 milyon barel, dördüncü rübdə isə – 9,22 milyon barel.

EIA-nın 2027-ci il üzrə Yaxın Şərqdə neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozu isə belədir: birinci rübdə – 9,17 milyon barel, ikinci rübdə – 9,83 milyon barel, üçüncü rübdə – 10,21 milyon barel, dördüncü rübdə isə – 9,52 milyon barel.

Mövzuya görə xəbərlər