Son dəqiqə

İran Türkiyə İxracatçılar Məclisi xalça Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin İrana xalça ixracı artıb (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən İrana xalça ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 5 milyon 648 min 8 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında İrana xalça ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 3 milyon 433 min 29 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalaraq, 221 milyon 436 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6.4 faiz azalaraq, 427 milyon 636 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 2 milyard 808 milyon 637 min dollar məbləğində xalça ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər