Son dəqiqə

Özbəkistan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 18 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 18 milyon 874 min 89 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq, 11 milyon 574 min 24 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 1 milyard 412 milyon 649 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq, 2 milyard 754 milyon 75 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 17 milyard 967 milyon 83 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər