BAKI, TurkicWorld, Nailə Babazadə
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz azalaraq, 14 milyon 107 min 44 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz azalaraq, 5 milyon 627 min 37 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 1 milyard 412 milyon 649 min dollara bərabər olub.
2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq, 2 milyard 754 milyon 75 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 17 milyard 967 milyon 83 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.






