Son dəqiqə

Qazaxıstan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Qazaxıstana hazır geyim ixracı 33 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 60,1 faiz azalaraq, 33 milyon 743 min 22 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 63,8 faiz azalaraq, 17 milyon 191 min 38 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 1 milyard 328 milyon 486 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 2 milyard 667 milyon 117 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 16 milyard 667 milyon 644 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər