Son dəqiqə

Özbəkistan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi xalça Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Yanvarda Türkiyənin Özbəkistana xalça ixracında kəskin artım (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyədən Özbəkistana xalça ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artaraq, 560 min 44 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 206 milyon 372 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 2 milyard 815 milyon 252 min dollar məbləğində xalça ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər