BAKI, TurkicWorld, Nailə Babazadə
Keçən ilin dekabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 6,1 faiz azalaraq 1 milyard 27 milyon 339 min dollar olub.
Bu barədə TurkicWorld - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 1,6 faiz azalaraq, 10 milyard 920 milyon 803 min dollar olub.
“Keçən ilin dekabr ayında Türkiyənin Türk ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz artaraq 816 milyon 742 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Nazrilikdən bildiriblər ki, keçən ilin yanvar – dekabr aylarında Türkiyənin Türk ölkələrindən idxalı 2024-cü ilin analoji dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 8 milyard 61 milyon 882 min dollar təşkil edib.
Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 62 milyard 47 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin dekabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 12,7 faiz artaraq 26 milyard 373 milyon dollar, idxalı isə 10.7 faiz artaraq 35 milyon 674 min dollar olub.
“Keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-dekabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 273 milyard 361 milyon dollara, idxalı isə 6,2 faiz artaraq 365 milyard 370 milyon dollar olub.
Qeyd edək ki, 2024-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.







