Son dəqiqə

Türkiyə limanları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə limanlarının yük qəbulu 2025 Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarının statistikası Türkiyə limanlarında yük daşımaları 2025 Türkiyə limanlarına daxil olan yüklər Türkiyə limanlarının yük qəbul etmə statistikası 2025 Türkiyə limanlarına daxil olan gəmi sayı Türkiyə limanları və beynəlxalq gəmiçilik

Türkiyə limanlarında rekord yük axını – 32 milyon tonu keçdi

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar ayında Türkiyə limanları 32 milyon 510 min 593 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 324 min 93 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 186 min 500 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2026-cı ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 857 min 573 ton transit yük daşınıb.

Mövzuya görə xəbərlər