Son dəqiqə

Özbəkistan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Keçən il Türkiyədən Özbəkistana mebel ixracı 75 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Özbəkistana mebel ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq, 75 milyon 514 min 23 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Özbəkistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq, 6 milyon 167 min 34 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 737 milyon 174 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 4,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 7 milyard 987 milyon 82 min dollar məbləğində mebel ixrac edib.

Mövzuya görə xəbərlər