Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Bəhreyn kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Keçən il Türkiyədən Bəhreynə kimyəvi maddə ixracı 19 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Bəhreynə kimyəvi maddə ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq, 19 milyon 669 min 2 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Bəhreynə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz azalaraq, 1 milyon 815 min 56 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 31 milyard 931 milyon 878 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 2 milyard 643 milyon 742 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 0,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 31 milyard 931 milyon 878 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər