BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Fransaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq, 202 milyon 886 min 27 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Fransaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36 faiz azalaraq,14 milyon 455 min 32 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq, 15 milyard 38 milyon 404 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 319 milyon 263 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 16 milyard 471 milyon 981 min dollar məbləğində poladixrac edib.







