Son dəqiqə

Türkmənistan Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı İxracat

Türkiyədən Türkmənistana avtomobil ixracı azalıb (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz azalaraq, 19 milyon 127 min 72 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Türkmənistana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz azalaraq,1 milyon 640 min 15 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyard 764 milyon 784 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 3 milyar 751 milyon 656 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 15,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 41 milyard 248 milyon 489 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər