Son dəqiqə

Türkmənistan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq, 153 milyon 313 min 50 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında Türkmənistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq, 15 milyon 774 min 54 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 26 milyard 958 milyon 84 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 2 milyard 645 milyon 208 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 32 milyard 132 milyon 994 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər