BAKI,TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 4 milyard 116 milyon 432 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə 361 milyon 707 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 4,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 4 milyard 456 milyon 5 min dollar məbləğində sement ixrac edib.






