BAKI,TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Azərbaycana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz azalaraq, 11 milyon 534 min 29 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Azərbaycana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 61,8 faiz azalaraq,550 min 32 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyard 344 milyon 995 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 100 milyon 445 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 13,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 1 milyard 454 milyon 983 min dollar məbləğində dəri məhsulları ixrac edib.







