Son dəqiqə

BMT TŞ: Livanda atəşkəsə əməl olunmalıdır Zboqar: Dövlətin silah üzərində monopoliyası təmin edilməlidir UNIFIL sonrası mərhələ üçün yeni təhlükəsizlik planı qiymətləndirilir Cənubi Livanda BMT missiyası: kritik qiymətləndirmə Atəşkəs pozuntuları fonunda BMT-dən çağırış Livan ordusunun gücləndirilməsi gündəmdə UNSC delegation urges adherence to Lebanon–Israel truce Council reviews options for Resolution 1701 after UNIFIL exit UN warns peacekeepers must not be targeted

BMT nümayəndələri Cənubi Livanda tərəfləri atəşkəsə əməl etməyə çağırıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

BMT Təhlükəsizlik Şurasının nümayəndə heyəti Livana səfəri çərçivəsində bütün tərəfləri İsrail və “Hizbullah” arasında ötən il əldə olunan atəşkəsə riayət etməyə çağırıb və ölkədə silahların yalnız dövlətin nəzarətində olmasının vacibliyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, Şuranın növbəli sədrliyini həyata keçirən Sloveniyanın BMT-dəki səfiri Samuel Zboqar “Biz Beyruta kritik bir zamanda gəldik. Noyabr 2024 atəşkəs razılaşmasının icrası davam etməlidir. Tərəflər razılaşmaya sadiq qalmalıdır.” - deyib.

O əlavə edib ki, ötən il təsdiqlənmiş 1701 saylı qətnamə Livanın ərazi bütövlüyü və regional sabitlik üçün əsas sənəd olaraq qalır.

Atəşkəsə baxmayaraq, İsrail hələ də Livanın cənubuna zərbələr endirir və “strateji ərazilər” kimi qiymətləndirdiyi beş ərazidə hərbi mövcudluğunu saxlayır.

Livan hökuməti isə “Hizbullah”ın tam şəkildə silahsızlaşdırılması üçün öhdəlik götürüb. Ordunun ilin sonunadək sərhəd bölgəsində qalan hərbi infrastrukturu sökməsi planlaşdırılır.

Zboqar Livan ordusuna beynəlxalq dəstəyin artırılmasının vacibliyini vurğulayaraq “Dövlətin silah üzərində monopoliyası təmin edilməlidir.”-deyib.

Heyət Prezident Cozef Aun da daxil olmaqla yüksək rütbəli rəsmilərlə görüşüb, daha sonra isə UNIFIL sülhməramlılarını ziyarət etmək üçün Cənubi Livana gedib.

BMT Təhlükəsizlik Şurası avqustda UNIFIL-in mandatını 2026-cı ilin sonunadək uzadıb və qüvvənin 2027-ci ilin sonunadək ölkədən çıxarılmasını qərarlaşdırıb. Zboqar deyib ki, səfər qətnamə 1701-in gələcək icrası və UNIFIL sonrası dövr üçün “seçimlərin qiymətləndirilməsi” baxımından mühüm fürsətdir.

O həmçinin bu həftə sülhməramlılara hücumla bağlı altı nəfərin həbs edildiyini xatırladaraq, “Sülhməramlıların təhlükəsizliyi təmin edilməli və onlar heç vaxt hədəf alınmamalıdır” deyə bəyan edib.