Son dəqiqə

SDQ nəzarətindəki bölgələrdə 7–8 dekabr toplantılarına yasaq Suriyanın şimal-şərqində ictimai tədbirlərə terror bəhanəsi ilə qadağa Suriyada Əsədin devrilməsinin bir ili: şimal-şərqdə yasaqlar gücləndirilir SDQ bölgələrində kütləvi toplaşmalar dayandırıldı

PKK/YPG Əsəd rejiminin devrilməsinin ildönümü tədbirlərini qadağan edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Suriyada SDQ adı altında fəaliyyət göstərən PKK/YPG terror təşkilatı 7-8 dekabr tarixlərində Əsəd rejiminin devrilməsinin ildönümü ilə bağlı kütləvi tədbirlərin keçirilməsini qadağan edib.

TurkicWorld xəbər verir ki, təşkilat terror təhlükəsini bəhanə edərək nəzarət etdiyi şimal-şərq bölgələrində bayram tədbirlərinin və ictimai toplantıların keçirilməsinə icazə verilməyəcəyini açıqlayıb. Qadağa həmçinin həmin ərazilərdə əsasən ərəb əhalisinin həyata keçirdiyi sosial fəaliyyətləri, eləcə də əyləncə məqsədilə pirotexniki vasitələrin istifadəsini də əhatə edir.

Bu qərar Suriyanın müxtəlif şəhərlərində - Dəməşq, Dəraa, Laziqiyə, Hama, Homs, İdlib və Ələppoda minlərlə insanın Əsəd rejiminin devrilməsinin ilk ildönümünü qeyd etdiyi bir vaxta təsadüf edir.