Son dəqiqə

Suriya Demokratik Qüvvələri (SDQ) Dəməşq hökuməti və SDQ SDQ danışıqları SDQ nəzarətindəki bölgələrdə 7–8 dekabr toplantılarına yasaq SDQ bölgələrində kütləvi toplaşmalar dayandırıldı Türkiyə: SDQ razılaşmaları gecikdirir ABŞ-ın Suriya SDQ danışıqlarına təzyiqi SDQ geri çəkilərkən infrastrukturu hədəfə alır

PKK-nın Suriya qolu SDQ hərbi və diplomatik olaraq çökmə mərhələsindədir - Ankara

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyənin təhlükəsizlik mənbələri Suriyanın şimalındakı hərbi və diplomatik dəyişiklikləri təhlil edərək terror təşkilatı PKK-nın Suriya qolu olan SDQ-nin tamamilə zəiflədiyini bəyan edib.

TurkicWorld xəbər verir ki, təhlükəsizlik qaynaqları SDQ-nin nəzarət etdiyi ərazilərin böyük hissəsini itirdiyini və artıq beynəlxalq diplomatiyada qorumasız qaldığını vurğulayıb. Məlumata görə terror təşkilatı El-Hol düşərgəsindən geri çəkilib və Həsəkəni İraqa bağlayan strateji Yarubiyə sərhəd keçid məntəqəsi Suriya ordusunun nəzarətinə keçib. Bu inkişaf SDQ ilə İraqdakı Qəndil kadrları arasındakı logistik və strateji bağı tamamilə qırıb. Eyni zamanda Karakozak körpüsü ətrafı və Süleyman Şah türbəsinin yerləşdiyi bölgə də terrorçulardan təmizlənib.

Yanvarın 18-də Dəməşq rəhbərliyi ilə SDQ arasında 14 maddəlik atəşkəs və inteqrasiya müqaviləsi imzalanıb. Razılaşmaya əsasən SDQ ünsürləri Suriya müdafiə qüvvələrinə tam inteqrasiya olunacaq, qarşılığında isə kürdlərin hüquqları konstitusiya ilə təmin ediləcək. ABŞ Prezidenti Donald Trampın da bu prosesdə mövqeyini dəyişdiyi və rəsmi Dəməşq ilə təmasları artırdığı bildirilir. Trampın "Bizim üçün vacib olan İŞİD həbsxanalarıdır, SDQ maraq dairəmizdə deyil" mesajı ilə ən böyük həbsxana olan Sina-nın nəzarəti ABŞ-a, El-Holun idarəçiliyi isə Suriya rəhbərliyinə keçib.

Mənbələr qeyd edir ki SDQ-nin "Biz yoxuqsa İŞİD geri dönər" şantajı artıq effektini itirib. Xüsusilə bölgədəki ərəb tayfalarının SDQ zülmünə qarşı başladığı üsyan təşkilatın parçalanmasını sürətləndirib. Neft mənbələrini və maliyyə ehtiyatlarını itirən Qəndil qruplaşmasının artıq Suriyanı bir "rezerv sahə" kimi istifadə etmək imkanı qalmayıb. Təhlükəsizlik mənbələri bu yeni vəziyyətin Türkiyənin daxilindəki terrorla mübarizə prosesinə də müsbət təsir göstərəcəyini və Suriyada gözləntilərin uğurla reallaşdığını vurğulayırlar.

Mövzuya görə xəbərlər