Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Qətər hazır geyim Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Qətərə hazır geyim ixracı 30 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qətərə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq, 30 milyon 744 min 63 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında Qətərə hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalaraq, 3 milyard 942 min 70 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 14 milyard 219 milyon 509 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 1 milyard 512 milyon 144 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 16 milyard 964 milyon 805 min dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər