Bakı. TurkicWorld :
BMT-nin Azərbaycanda 2024-cü il üzrə dayanıqlı inkişaf məqsədləri (DİM) üzrə prioritetlərindən biri cəmiyyətin inkişafına kompleks yanaşmada "Ağıllı kənd" konsepsiyasının icrasına dəstəkdən ibarətdir.
TurkicWorld xəbər verir ki, bu barədə UNDP-nin Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandra Rokkasalvo "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.
"BMT-nin Azərbaycanda 2024-cü il üzrə dayanıqlı inkişaf məqsədləri (DİM) üzrə prioritetlərindən biri cəmiyyətin inkişafına kompleks yanaşmada "Ağıllı kənd" konsepsiyasının icrasına dəstəkdən ibarətdir.
Bundan başqa, müharibədən əziyyət çəkmiş bölgələrdə gənclər, qadınlar, miqrantlar, qaçqınlar və məcburi köçkünlər üçün məşğulluğun yaradılması, eləcə də, sosial və maliyyə inklüzivliyinin gücləndirilməsi əsas məsələlərdən biridir", - o deyib.
Rokkasalvo əlavə edib ki, kənd təsərrüfatında seçilmiş dəyər yaradılması zəncirlərinin rəqabət qabiliyyətinin artırılması, torpaqların konsolidasiyası prosedurlarının təkmilləşdirilməsi, Azərbaycanda sağlamlığa və ölkənin zoonoz xəstəliklərə və mikrob əleyhinə preparatlara qarşı dayanıqlılığa nəzarət üzrə imkanlarına vahid yanaşmanın gücləndirilməsi, toxum və aqrar kimya laboratoriyalarının, sertifikatlaşdırma xidmətlərinin təkmilləşdirilməsi da prioritetlər arasında yer tutur.