Son dəqiqə

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) Sudan

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı: 800 mindən çox insan qarşıdurmalara görə Sudanı tərk edə bilər

Bakı. TurkicWorld:

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 800 mindən çox insanın qarşıdurmalara görə Sudanı tərk edə biləcəyini deyib.

TurkicWorld-un məlumatına görə Birləşmiş Millətlər Təşkilatı bazar ertəsi xəbərdarlıq edib ki, ehtimal olunan atəşkəsə baxmayaraq, paytaxtda müxalif hərbi qruplaşmalar döyüşür və xarici dövlətlər evakuasiyanı məhdudlaşdırdıqları üçün 800 000 adam Sudanı hələ də tərk edə bilmir.

Aprelin 15-də Sudan ordusu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurma başlayandan bəri 16 gün davam edən döyüşlərdə yüzlərlə insan həlak olub, minlərlə insan yaralanıb.

Humanitar fəlakətə, Xartumun bəzi hissələrinin dağıdılmasına, regional qüvvələrin cəlb edilməsi risklərinə və Darfur bölgəsində münaqişənin yenidən alovlanmasına səbəb olan böhranın tezliklə həlli perspektivləri çətin görünür.

Bazar günü hər iki tərəf pozulmuş atəşkəsin 72 saat uzadılması barədə razılığa gəliblər və BMT Reuters agentliyinə Səudiyyə Ərəbistanında atəşkəs üçün danışıqlar apara biləcəklərini bildirib. Lakin Bazar ertəsi günü Xartum və qonşu şəhərlər üzərində hava hücumları və artilleriyadan tüstü asılmışdı.

BMT-nin Qaçqınlarla İş Komissiyasının Baş Müavini Rauf Mazu bildirib ki, onun rəhbərlik etdiyi qurum 580 mini sudanlı, həmçinin ölkədə yaşayan əcnəbi qaçqınlar da daxil olmaqla 815 min insanın ölkəni tərk etməyi planlaşdırır.

Onun sözlərinə görə, artıq 73 minə yaxın insan Sudanı tərk edib.

Mövzuya görə xəbərlər