Son dəqiqə

İsrail İran Binyamin Netanyahu

Reza Pəhləvi İsrailə səfər edib, Netanyahu ilə görüşüb

Bakı. TurkicWorld:

İranın sonuncu şahının böyük oğlu Reza Pəhləvi İsrailə səfər edib, bazar ertəsi axşam Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu ilə görüşüb.

TurkicWorld İsrail KİV-ə istinadən məlumatına görə, R.Pəhləvi səfəri zamanı Yad Vaşem Milli Holokost Memorial və Muzeyində Holokostu Anma Günü şərəfinə təşkil edilən mərasimdə iştirak edib. O, Netanyahu və İsrail prezidenti İshak Hersoqla yanaşı dayanıb, lakin çıxış etməyib.

Bununla belə R.Pəhləvi "i24NEWS"a müsahibəsində tədbirdə iştirak etmək və Holokost qurbanlarını yad etməyin onun vəzifəsi olduğunu bildirib.

Mövzuya görə xəbərlər