İtaliyada dilin saflığını qorumaq üçün qanun layihəsi hazırlanıb

İtaliyada dilin saflığını qorumaq üçün qanun layihəsi hazırlanıb

Bakı, TurkicWorld:

İtaliyanın baş naziri Giorgia Meloninin rəhbərlik etdiyi Sağçı Partiyası rəsmi ünsiyyət zamanı ingilis və və digər xarici sözlərdən istifadə edən şəxslərin beş min avro ilə 100 min avro arası cərimə ilə cəzalandırılması barədə yeni qanun layihəsi irəli sürüb.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, hətta İtaliyanın ən tanınmış italyan dilçiliyi və filologiyası alimləri tərəfindən qınanan qanun layihəsinin məqsədi ölkədə İtalyan dilini müdafiə etmək və təbliğ etməkdir.

Məlumata əsasən, Baş nazirin təklif etdiyi qanun layihəsinə görə, xüsusi olaraq xarici dilin tədrisi məqsədi daşımayan hər hansı məktəb və ya universitetdə tədris italyan dilində olmalıdır. Yalnız xarici tələbələr üçün xarici dil kursları təşkil ediləcək. Dövlət idarəçiliyində vəzifə tutan hər kəs italyan dilində yazılı və şifahi şəkildə mükəmməl bilməlidir.

Təklif edilən qanun layihəsi İtaliya parlamentində müzakirəyə çıxarılmalıdır.