BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ Administrasiyasının açıqladığı və “Avropanın öz ayaqları üstündə dura bilməli olduğu”nu vurğulayan yeni milli təhlükəsizlik strategiyasına münasibət bildirib.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, Meloni "LA7" kanalına verdiyi müsahibədə ölkə daxili və xarici siyasətdəki inkişaflarla bağlı qiymətləndirmələr aparıb.
“Əgər Avropa böyük olmaq istəyirsə, özünü müdafiə edə bilməlidir. Təhlükəsizliyi başqasına həvalə etdiyiniz zaman bunun bir qarşılığı olacağını bilməlisiniz. NATO sammitində baş verənlər tam olaraq budur, bu məni təəccübləndirmədi. Bunun qaçılmaz bir proses olduğunu və bizim üçün bir imkan yaratdığını bilirik. Əlbəttə ki, müdafiənin iqtisadi xərci var, lakin siyasi azadlıq gətirir”, - deyə o bildirib.
Meloni, ABŞ ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərdə bir çat görmədiyini də əlavə edib. O, ABŞ-nin strateji sənədində Avropa siyasəti ilə bağlı edilən bəzi qiymətləndirmələrlə razı olduğunu deyib.







