Yaponiya və Cənubi Koreya Şimali Koreyanın ballistik raket buraxdığını elan edib

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın ballistik raket buraxdığını elan edib

Bakı. TurkicWorld:

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi istiqamətində iki ballistik raket sınağı keçirdiyini bildirib.

TurkicWorld-un məlumatına görə, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri sınaqların Şimali Hvanqhae bölgəsindən yerli vaxtla 07:47 və 08:00-da Yaponiya dənizi istiqamətində aparıldığını açıqlayıb.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, qısa mənzilli ballistik raketlər havada 370 kilometr məsafə qət edib və Yaponiyanın milli zonasından kənara düşüb. Bölgədə hava və dəniz elementlərinə heç bir ziyanın olmadığı bildirilib.