BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Çinə məxsus "J-15" qırıcı təyyarəsi dəfələrlə Yaponiya hərbi təyyarələri istiqamətində radarları yönəldirib.
TurkicWorld-un məlumatına görə, bu barədə Yaponiya müdafiə naziri Sindziro Koidzumi bildirib.
Məlumata əsasən, hadisə dekabrın 6-da Yaponiyanın Okinava adasının cənub-şərqindəki beynəlxalq sular üzərində iki dəfə baş verib.
"Bu hallar uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olanlardan kənara çıxan təhlükəli hərəkətləri nümayiş etdirir", - deyə nazir qeyd edib.
Tokio Çin tərəfinə sərt etirazını bildirib və bu cür hadisələrin təkrarlanmasına yol verilməməsini tələb edib.







