Rusiya prezidenti Vladimir Putin Si Cinpinlə danışıqlardan sonra Co Baydenlə görüşməyi planlaşdırmır

Rusiya prezidenti Vladimir Putin Si Cinpinlə danışıqlardan sonra Co Baydenlə görüşməyi planlaşdırmır

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinlə danışıqlardan sonra ABŞ prezidenti Co Baydenlə görüşməyi planlaşdırmır.

TurkicWorld xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.

"Sadəcə onu bilirəm ki, belə bir görüş nəzərdə tutulmayıb", - deyə Y.Uşakov bildirib.

Eyni zamanda, Y.Uşakovdan ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbs olunacağı ehtimalını nə dərəcədə real hesab etdiyi də soruşulub. Rusiya prezidentinin köməkçisi qeyd edib ki, Çinlə danışıqlarda bu məsələ müzakirə olunmayıb.