Bolqarıstanın cənubunda temperatur rekordu qeydə alınıb

Bolqarıstanın cənubunda temperatur rekordu qeydə alınıb

Bakı. TurkicWorld :

Bolqarıstanlı meteoroloqlar ölkənin cənubundakı Haskovo şəhərində mütləq temperatur rekordu qeydə alıblar.

TurkicWorld -un məlumatına görə, bu barədə "Darik Radio" xəbər verib.

Məlumata əsasən, çərşənbə günü burada 21,5 dərəcə isti olub ki, bu da 1977-ci ildə qeydə alınan əvvəlki rekorddan 2,1 dərəcə yüksəkdir.

Bu həftə demək olar ki, bütün ölkə ərazisində fevral ayı üçün xas olmayan yüksək temperatur müşahidə olunur.