İran 3+3 formatında görüş keçirməyə hazırdır - İranın xarici işlər naziri

İran 3+3 formatında görüş keçirməyə hazırdır - İranın xarici işlər naziri

Bakı. TurkicWorld:

İran 3+3 formatında görüş keçirməyə hazırdır.

TurkicWorld-un İranın Xarici İşlər Nazirliyinin "Telegram" kanalına istinadən məlumatına görə, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşdə deyib.

Abdullahyan regional əməkdaşlığın vacibliyini vurğulayaraq İranın Tehranda Azərbaycan, Rusiya, İran, Türkiyə, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin görüşünü keçirməyə hazır olduğunu bildirib.

A.Qruşko da öz növbəsində ikitərəfli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlığın inkişafının vacib olduğunu vurğulayıb, bəyanatda deyilir.