Son dəqiqə

Rusiya Kiyev Vitaliy Kliçko RaketHücumu İnterfaks-Ukrayna

Kiyev ballistik raket hücumuna məruz qalıb - Ölənlər var (YENİLƏNİB)

BAKI,TurkicWorld

Rusiya silahlı qüvvələrinin Kiyevə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

“İnterfaks-Ukrayna” agentliyinin məlumatına görə, bunu Kiyevin meri Vitaliy Kliçko bildirib.

“Kiyevə edilən hücum nəticəsində paytaxtda artıq üç nəfər həlak olub”, - deyə Kliçko “Telegram” kanalında yazıb.

Merin sözlərinə görə, bundan başqa Şevçenkovski rayonunda anbar binalarına təkrar zərbə endirilib. Ərazidə güclü yanğın davam edir. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları çalışır.

xxx
09:55

Rusiya silahlı qüvvələri Kiyevə ballistik raketlər buraxıb.

“İnterfaks-Ukrayna”nın Kiyev Şəhər Hərbi Administrasiyasına (KŞHA) istinadən verdiyi məlumata görə, zərbə nəticəsində 2 nəfər həlak olub.

Yerli vaxtla 06:30-da qeydə alınmış raket hücumu nəticəsində bundan başqa 7 nəfərin yaralandığı bildirilir.

Bəzi Ukrayna KİV-ləri yaralı sayının 10 olduğunu yazır.

Mövzuya görə xəbərlər