Son dəqiqə

Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabi Səudiyyə Ərəbistanı Yəmən Yaxın Şərq Husilər BƏƏ Xarici İşlər Nazirliyi Nəcran

BƏƏ Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə hücumu pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Ərəb Əmirlikləri Yəməndəki husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə hücumunu kəskin şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi yaydığı bəyanatda hücumu Səudiyyə Ərəbistanının suverenliyinin kobud şəkildə pozulması, həmçinin krallığın təhlükəsizliyi və sabitliyi üçün təhdid kimi qiymətləndirib.

Nazirlik Birləşmiş Ərəb Əmirliklərinin Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu vurğulayıb.

Bəyanatda Əbu-Dabinin Səudiyyə Ərəbistanının təhlükəsizliyinin və sabitliyinin qorunması məqsədilə həyata keçirdiyi tədbirləri dəstəklədiyi bildirilib.

BƏƏ Xarici İşlər Nazirliyi hücumun bölgədə təhlükəsizlik və sabitlik baxımından yaratdığı təhdidə diqqət çəkib.

Hücumun nəticələri, mümkün dağıntılar və xəsarət alanların olub-olmaması barədə əlavə məlumat verilməyib.

Mövzuya görə xəbərlər