Son dəqiqə

Səudiyyə Ərəbistanı Yəmən Ərəb Liqası Husilər Nabil Fəhmi Mərib Hədrəmaut

Ərəb Liqası husilərin Səudiyyə Ərəbistanı və Yəməndəki hücumlarını pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Ərəb Dövlətləri Liqasının baş katibi Nabil Fəhmi husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə, eləcə də Yəmənin hökumət qüvvələrinə məxsus Mərib və Hədrəmaut vilayətlərindəki obyektlərə hücumlarını pisləyib.

TurkicWorld xəbər verir ki, Ərəb Liqasının yaydığı bəyanatda bu hücumların regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid yaratdığı vurğulanıb.

Nabil Fəhmi bildirib ki, Səudiyyə Ərəbistanı ərazisinin hədəfə alınması, mülki insanların həyatının təhlükəyə atılması və Yəmən daxilində hücumların davam etdirilməsi "gərginliyin azaldılması və siyasi həll perspektivlərini sarsıdan çox təhlükəli yol"dur.

Baş katib Ərəb Liqasının Səudiyyə Ərəbistanının təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn hər hansı hücum qarşısında tam həmrəy olduğunu bəyan edib.

Bəyanatda husilərin hücumlarının dayandırılması və Yəməndə davam edən hərbi eskalasiyaya son qoyulmasının vacibliyi qeyd olunub.

Nabil Fəhmi hazırkı mərhələdə qarşıdurmanın genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə və siyasi dialoq prosesinə qayıtmağa çağırıb.

Ərəb Liqası hesab edir ki, regionda sabitliyin təmin olunması üçün hərbi eskalasiya deyil, siyasi həll yolu prioritet olmalıdır.

Mövzuya görə xəbərlər