Son dəqiqə

İsrail Livan PUA Yaxın Şərq UNIFIL Nəbatiyyə Meyfadun NNA

İsrail Livanın cənubundakı Meyfadun qəsəbəsinə PUA zərbəsi endirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusunun Livanın cənubunda yerləşən Nəbatiyyə vilayətinin Meyfadun qəsəbəsinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirdiyi bildirilir.

TurkicWorld xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində ölən və ya yaralanan olmayıb.

Hadisə İsrail ordusunun Cənubi Livanda hərbi fəaliyyətini gücləndirdiyi bir vaxta təsadüf edir.

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) daha əvvəl açıqlamışdı ki, İsrail ordusu təkcə çərşənbə günü Cənubi Livan istiqamətində 113 mərmi atıb.

UNIFIL bu göstəricinin son həftələr ərzində qeydə alınan ən yüksək gündəlik hərbi aktivliklərdən biri olduğunu bildirib.

İsrail ordusu Meyfadundakı PUA hücumu ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Mövzuya görə xəbərlər