BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində bir nəfər həlak olub, beş nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, son sutkada xəstəxanalara bir nəfərin meyiti və beş yaralı çatdırılıb.
Qurumun məlumatına görə, 2025-ci ilin oktyabrında qüvvəyə minən atəşkəsdən bu yana İsrailin hücumları nəticəsində 1 254 fələstinli həlak olub, 4 121 nəfər yaralanıb.
Nazirlik bildirib ki, 2023-cü ilin oktyabrından bəri davam edən müharibə nəticəsində həlak olanların ümumi sayı 73 382 nəfərə, yaralananların sayı isə 174 236 nəfərə yüksəlib.
Qəzza Səhiyyə Nazirliyi itkilərlə bağlı statistikanı mütəmadi olaraq yenilədiyini qeyd edib.
Münaqişə bölgəsində humanitar vəziyyətin ağır olaraq qaldığı bildirilir.







