Son dəqiqə

BMT İran Volker Türk İnsan hüquqları Amnesty İnternational Etirazlar edam

İranda bu il azı 56 nəfər edam edilib - BMT

BAKI,TurkicWorld,Yusif Şərifzadə

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, İranda bu ilin əvvəlindən milli təhlükəsizlik ittihamları ilə azı 56 nəfər edam edilib.

TurkicWorld xəbər verir ki, Volker Türk yaydığı bəyanatda mart ayından etibarən edamların və ölüm hökmlərinin sayının artmasından ciddi narahatlıq keçirdiyini bildirib.

Onun sözlərinə görə, edam edilənlər arasında yanvar ayında keçirilən etiraz aksiyaları ilə əlaqələndirilən 27 nəfər də var.

"Ölüm cəzası əhali arasında qorxu yaratmaq və fərqli fikirləri boğmaq vasitəsi kimi istifadə olunmağa davam edir", – deyə BMT rəsmisi vurğulayıb.

Volker Türk əlavə edib ki, hazırda 100-dən çox şəxs milli təhlükəsizlik ittihamları ilə edam olunmaq təhlükəsi altındadır.

Məlumata görə, yanvar ayında hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində əsasən gənclərdən ibarət minlərlə insan həlak olub. ABŞ və İsrail İrana qarşı hərbi müdaxiləni qismən həmin aksiyalara qarşı sərt müdaxilə ilə əsaslandırmışdı.

Bundan əvvəl Amnesty International təşkilatı da İranda etirazlarla əlaqələndirilən 26 nəfərin, həmçinin siyasi motivli ittihamlarla mühakimə olunan daha 26 nəfərin özbaşına edam edildiyini bildirmişdi.

Mövzuya görə xəbərlər