BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində həlak olanların sayının artdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, son 24 saat ərzində Qəzza zolağında həyata keçirilən hücumlar nəticəsində 2 fələstinli həlak olub, 1 nəfər yaralanıb.
Bundan əlavə, əvvəlki hücumlar zamanı yaralanan 2 nəfər də aldıqları xəsarətlərdən həyatını itirib.
Nazirliyin məlumatına əsasən, 10 oktyabr tarixində qüvvəyə minən atəşkəsdən bəri 1 254 nəfər həlak olub, 4 121 nəfər isə yaralanıb.
Qurum bildirib ki, 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında həlak olanların ümumi sayı 73 381 nəfərə, yaralananların sayı isə 174 231 nəfərə çatıb.







