Son dəqiqə

ABŞ neft Donald Tramp inflyasiya yanacaq qiymətləri Qlobal İqtisadiyyat enerji bazarı

Qlobal neftin ucuzlaşması ABŞ-da yanacaq qiymətlərinə hələ təsir etməyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ–İran arasında mümkün razılaşma ilə bağlı gözləntilər fonunda dünya bazarında neftin qiyməti aşağı düşsə də, bunun ABŞ-da pərakəndə yanacaq qiymətlərinə təsiri hələ hiss olunmur.

TurkicWorld xəbər verir ki, bazarlar Ağ Evdən gələn açıqlamalara həssas reaksiya verir və İranla razılaşmanın mümkünlüyü neft qiymətlərinin müəyyən qədər azalmasına səbəb olub.

Bununla belə, ekspertlərin sözlərinə görə, qlobal bazarda baş verən dəyişikliklər ABŞ-da yanacaqdoldurma məntəqələrindəki qiymətlərə dərhal təsir göstərmir. Adətən bu proses bir həftə, bəzi hallarda isə daha uzun vaxt aparır.

Məlumata görə, yay tətilinə avtomobillə yollanan amerikalılar yüksək yanacaq qiymətlərindən narazıdırlar. Təyyarə biletlərinin bahalaşması səbəbindən bir çox ailə avtomobil nəqliyyatına üstünlük verir.

Bildirilir ki, Prezident Donald Tramp yanacaq qiymətlərinin aşağı düşməsində maraqlıdır. Çünki bu, inflyasiya təzyiqini azalda, istehlak xərclərini aşağı sala və noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində administrasiya üçün siyasi üstünlük yarada bilər.

Mövzuya görə xəbərlər