BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza zolağında son 24 saat ərzində xəstəxanalara altı nəfərin meyiti gətirilib. Onlardan dördü yeni ölüm faktı, biri əvvəllər aldığı yaralardan vəfat edən şəxs, digəri isə dağıntılar altından çıxarılan meyit olub.
TurkicWorld xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, son sutkada yaralıların sayı da artıb. Nazirlik bildirib ki, 2025-ci il oktyabrın 11-də qüvvəyə minmiş atəşkəsdən bu günədək azı 1 214 nəfər həlak olub, 3 977 nəfər yaralanıb.
Nazirliyin məlumatına görə, 2023-cü il oktyabrın 7-də müharibənin başlanmasından bəri İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ümumilikdə azı 73 341 nəfər həyatını itirib, 174 086 nəfər isə yaralanıb.
Qəzza Səhiyyə Nazirliyinin təqdim etdiyi rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. İsrail hökuməti bu statistikaya dair hələlik rəsmi münasibət bildirməyib.







