Son dəqiqə

Səudiyyə Ərəbistanı Yəmən Yaxın Şərq Husilər Enerji təhlükəsizliyi pilotsuz uçuş aparatı neft infrastrukturu Yənbu

Yəməndən Səudiyyə neft infrastrukturuna yeni hücum iddiası

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yəməndə fəaliyyət göstərən və İranın dəstəklədiyi husi hərəkatı Səudiyyə Ərəbistanının şərq bölgələrini Qırmızı dəniz sahilində yerləşən Yənbu şəhəri ilə birləşdirən xam neft təchizatı və nəqli marşrutlarını pilotsuz uçuş aparatları ilə hədəf aldıqlarını açıqlayıb.

TurkicWorld xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Səri hücumun Səudiyyə Ərəbistanına məxsus pilotsuz uçuş aparatlarının Yəmənin hava məkanına daxil olmasına cavab olaraq həyata keçirildiyini iddia edib.

Yəhya Sərinin sözlərinə görə, əməliyyat zamanı Səudiyyə Ərəbistanının şərqindən Yənbu şəhərinə uzanan xam neft təchizatı və daşınması ilə əlaqəli bir sıra "həssas obyekt və məntəqələr" pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.

Səudiyyə Ərəbistanı tərəfindən hücumla bağlı hələlik rəsmi təsdiq verilməyib. Hadisə nəticəsində dağıntı və ya insan tələfatı barədə də məlumat açıqlanmayıb.

Husilərin səsləndirdiyi iddialar müstəqil mənbələr tərəfindən ayrıca təsdiqlənməyib.

Mövzuya görə xəbərlər