BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün ABŞ-nin paytaxtı Vaşinqtonda Prezident Donald Trampla keçirəcəyi görüşdə əsas müzakirə mövzusu İran olacaq. Onun sözlərinə görə, tərəflər regional təhlükəsizlik və digər aktual məsələləri də nəzərdən keçirəcəklər.
TurkicWorld xəbər verir ki, Netanyahu bu barədə X sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, görüş zamanı "gündəmdə olan bütün məsələlər" müzakirə ediləcək və İran bu müzakirələrin mərkəzində dayanacaq.
İsrailin Baş naziri qeyd edib ki, əsas məqsəd İsrailin təhlükəsizliyini təmin etmək, ölkənin gücünü artırmaq və regionda sülhün əhatə dairəsini genişləndirməkdir.
Netanyahu bu səfərin Donald Trampın ikinci prezidentlik dövrü başlayandan bəri onunla keçirdiyi səkkizinci görüş olduğunu vurğulayıb. O bildirib ki, bu, Trampın hər hansı digər xarici liderlə keçirdiyi görüşlərin sayından çoxdur.
Baş nazir əlavə edib ki, Vaşinqtona səfərinin digər məqsədi ABŞ senatoru Lindsi Qremin xatirəsini yad etməkdir. Netanyahu onu həm şəxsi dostu, həm də İsrailin ən yaxın tərəfdarlarından biri kimi xarakterizə edib.
Ağ Ev görüşlə bağlı əlavə təfərrüatlar açıqlamayıb.







