Son dəqiqə

İran ABŞ İraq İordaniya Donald Tramp Yaxın Şərq Dover Hərbi Hava Bazası

Tramp İranla müharibədə həlak olan ABŞ hərbçilərinin qarşılanma mərasimində iştirak edəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı həlak olmuş amerikalı hərbçilərin nəşlərinin qarşılanması mərasimində iştirak edəcək.

TurkicWorld xəbər verir ki, Ağ evin yaydığı məlumata əsasən, mərasim bu axşam Delaver ştatındakı Dover Hərbi Hava Bazasında keçiriləcək. İranla müharibədə həlak olmuş dörd hərbçinin nəşləri ABŞ bayrağına bükülmüş tabutlarda vətənə gətiriləcək.

Mərasim ABŞ-də İranla aparılan müharibəyə münasibətdə narazılığın artdığı bir vaxta təsadüf edir. Məlumata görə, müharibə ABŞ-yə indiyədək 37,5 milyard dollara başa gəlib. Döyüşlər zamanı 18 amerikalı hərbçi həlak olub, 450-dən çox hərbi qulluqçu isə yaralanıb.

Bildirilib ki, 25 yaşlı baş leytenant Tayler Ceyms Fihan, 28 yaşlı çavuş Ancel S. Rampersad və 19 yaşlı əsgər İzabella Qonzales cümə günü İordaniyadakı Müvəffəq Salti Hərbi Hava Bazasında İran raketinin hərbçilərin yataqxanasına düşməsi nəticəsində həyatını itiriblər.

Digər hərbçi, 30 yaşlı çavuş Maykl Emmanuel Svinton isə bazar günü İraqın Ərbil şəhərində hücum məqsədilə istifadə edilən pilotsuz uçuş aparatının nəzarətli zərərsizləşdirilməsi zamanı baş verən partlayış nəticəsində həlak olub.

Ağ ev mərasimi "həlak olmuş qəhrəmanlarımızın ləyaqətli qarşılanması" kimi təqdim edib. ABŞ-də İranla müharibənin gedişi və onun insan itkiləri ölkə daxilində siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Mövzuya görə xəbərlər