Son dəqiqə

İran Sergey Lavrov ABŞ Rusiya Birləşmiş Ərəb Əmirlikləri Fars Körfəzi Abdullah bin Zayed

Lavrov BƏƏ-nin xarici işlər naziri ilə Körfəzdəki vəziyyəti müzakirə edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, tərəflər Fars körfəzi bölgəsində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, danışıq zamanı ABŞ ilə İran arasında qarşıdurmanın dayandırılması və diplomatik həll yollarının bərpa olunması məsələləri diqqət mərkəzində olub.

Lavrov və Abdullah bin Zayed ABŞ ilə İran arasında dərhal atəşkəsin əldə edilməsinin zəruriliyini vurğulayıblar. Nazirlər hərbi qarşıdurmanın davam etməsinin bölgədə təhlükəsizlik və sabitlik üçün ciddi təhlükə yaratdığını bildiriblər.

Tərəflər mövcud böhranın danışıqlar yolu ilə həllinə üstünlük verilməli olduğunu qeyd edərək, ABŞ və İranın yenidən danışıqlar masasına qayıtmasına çağırış ediblər.

Rusiya və BƏƏ rəsmiləri bundan əvvəl də Yaxın Şərqdə gərginliyin azaldılması, hərbi əməliyyatların dayandırılması və diplomatik təmasların davam etdirilməsi məsələlərini müzakirə ediblər.

Mövzuya görə xəbərlər