Son dəqiqə

Fələstin İsrail PUA Qəzza Yaxın Şərq hava zərbəsi yaralılar

İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələr nəticəsində azı üç fələstinli həlak olub.

TurkicWorld xəbər verir ki, bu barədə Qəzzadakı tibbi mənbələr məlumat verib.

Məlumata görə, hücumlar səhər tezdən başlayıb və Qəzza zolağının müxtəlif ərazilərini hədəf alıb.

Tibbi mənbələrin bildirdiyinə əsasən, zərbələr nəticəsində azı 17 nəfər də yaralanıb.

Yaralıların vəziyyəti və hücumların hədəfləri barədə əlavə məlumat açıqlanmayıb.

İsrail ordusu hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Hücumlarla bağlı məlumatlar müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Mövzuya görə xəbərlər