Son dəqiqə

İran Birləşmiş Ərəb Əmirlikləri Küveyt Bəhreyn Körfəz ölkələri Regional Təhlükəsizlik

Birləşmiş Ərəb Əmirlikləri İranın Küveyt və Bəhreynə hücumlarını pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Ərəb Əmirlikləri İranın Körfəz ölkələrinə qarşı həyata keçirdiyi yeni hücumları sərt şəkildə qınayıb və Küveytlə Bəhreynə dəstəyini ifadə edib.

TurkicWorld xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi yaydığı açıqlamada İranın hücumlarını “ən sərt şəkildə” pislədiyini bildirib.

Açıqlamada qeyd olunub ki, bu hücumlar Bəhreyn Krallığının və Küveyt Dövlətinin suverenliyinin açıq şəkildə pozulması, eləcə də onların təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid hesab olunur.

Birləşmiş Ərəb Əmirlikləri Körfəz ölkələri ilə həmrəy olduğunu vurğulayaraq, regionda təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyini qeyd edib.

Əbu-Dabi rəhbərliyi bölgədə gərginliyin daha da artmasının qarşısının alınması üçün beynəlxalq hüquq normalarına hörmət edilməsinə çağırıb.

Mövzuya görə xəbərlər