Son dəqiqə

İran Küveyt Hava hücumundan müdafiə pilotsuz uçuş aparatı ballistik raketlər Elektrik Nazirliyi elektrik ötürmə xətti

Küveyt 2 ballistik raket və 13 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Küveytin Elektrik Nazirliyi İranın hücumları zamanı düşən qəlpələrin zədələməsi nəticəsində ölkədə bir neçə elektrik ötürmə xəttinin sıradan çıxdığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, baş vermiş zədələr elektrik təchizatının davamlılığına təsir göstərməyib. Bildirilib ki, qəza-bərpa qrupları dərhal əraziyə cəlb olunub və xətlərin bərpası istiqamətində işlərə başlanılıb.

Küveyt Silahlı Qüvvələri isə açıqlayıb ki, bu gün sübh saatlarında ölkənin hava məkanında iki ballistik raket və 13 pilotsuz uçuş aparatı aşkar edilib. Məlumata görə, onların hamısı hava hücumundan müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Rəsmi məlumatda qeyd olunub ki, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Hazırda vəziyyət nəzarət altındadır və aidiyyəti qurumlar infrastrukturun tam bərpası istiqamətində fəaliyyətini davam etdirir.

Mövzuya görə xəbərlər