BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Səhiyyə Nazirliyi ölkədə son hərbi gərginlik dövründə İsrail hücumları nəticəsində ölənlərin sayının 4 min 319 nəfərə yüksəldiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Livanın rəsmi Milli Xəbər Agentliyinin yaydığı məlumata əsasən, hücumlar nəticəsində 12 min 203-dən çox insan yaralanıb.
Bildirilib ki, açıqlanan rəqəmlər martın 2-dən bu günə qədər olan dövrü əhatə edir. Məlumata görə, son hərbi gərginlik Livanda humanitar vəziyyəti daha da ağırlaşdırıb.
Rəsmi qurumlar yaralıların müalicəsi və zərər çəkmiş ərazilərdə vəziyyətin idarə olunması üçün işlərin davam etdirildiyini bildirirlər.







