Son dəqiqə

Livan Ordu Cənub bölgəsi Nəbatiyə Sur Təhlükəsizlik Əməliyyatı Partlamamış sursat Mərciyun

Livan ordusu ölkənin cənubunda dörd partlamamış aviabombanı zərərsizləşdirdi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan ordusu ölkənin cənubunda İsrail qüvvələri tərəfindən yerləşdirildiyi bildirilən dörd partlamamış aviabombanı zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, Livan Milli Xəbər Agentliyinin məlumatına əsasən, hərbi qüvvələr ölkənin cənubunda təhlükəli sursatların aşkarlanması və məhv edilməsi üzrə əməliyyat həyata keçirib.

Livan ordusunun komandanlığının açıqlamasında bildirilir ki, xüsusi mühəndis bölmələri Nəbatiyə əyalətində yerləşən Abba və Haruf qəsəbələrində iki, Sur bölgəsindəki Burc Şəmali ərazisində bir, Mərciyun bölgəsindəki Debbin kəndində isə daha bir partlamamış aviabombanı aşkarlayıb.

Açıqlamaya görə, hərbi mühəndis qrupları həmin sursatları nəzarətli şəkildə yerində zərərsizləşdirib.

Qeyd olunub ki, əməliyyat zamanı mülki əhali üçün hər hansı təhlükə yaranmayıb və bölgədə vəziyyət sabit saxlanılıb.

Livan ordusu bölgədə təhlükəsizlik tədbirlərini davam etdirdiyini və əlavə yoxlamaların aparıldığını bildirib.

Rəsmi tərəf bu partlamamış sursatların əvvəlki hərbi əməliyyatların nəticəsi olduğunu qeyd edib.

Mövzuya görə xəbərlər