Son dəqiqə

Bəşşar Əsəd Sednaya həbsxanası Bəşşar Əsəd rejimi Ali Saleh Deyab

Suriya Daxili İşlər Nazirliyi keçmiş Əsəd zabitini həbs edib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Suriya Daxili İşlər Nazirliyi ölkədə keçmiş təhlükəsizlik orqanının yüksək rütbəli zabitlərindən biri olan general Ali Saleh Deyabın saxlanıldığını açıqlayıb. O, əvvəlki rejim dövründə Hərbi Təhlükəsizlik Xidmətinin Qamışlı şəhərindəki şöbəsinə rəhbərlik edib.

Məlumata görə, Ali Deyab 2008–2018-ci illər arasında həmin vəzifəni icra edib və bu müddət ərzində çoxsaylı insan hüquqları pozuntularında iştirakda ittiham olunur. Rəsmi açıqlamada onun “sistematik həbslər və təqiblərlə” əlaqəli olduğu bildirilir.

Suriya Daxili İşlər Nazirliyi qeyd edib ki, o, Həsəkə vilayəti və Qamışlı bölgəsində çoxsaylı gənclərin saxlanılması və onların “Fələstin şöbəsi” və Səddnaya həbsxanasına göndərilməsi prosesində iştirak edib.

Qurumun açıqlamasına görə, bu həbslər keçmiş rejim dövründə törədilən cinayətlərin araşdırılması və məsul şəxslərin ədalət qarşısına çıxarılması məqsədi daşıyır.

Son aylarda Suriya təhlükəsizlik orqanları keçmiş rejimlə əlaqəli bir sıra yüksək rütbəli şəxsləri saxlayaraq istintaqa cəlb edib. Rəsmi məlumatlara görə, minlərlə keçmiş hərbi və təhlükəsizlik əməkdaşı müxtəlif ittihamlarla həbsdə saxlanılır.

Mövzuya görə xəbərlər