BAKI,TurkicWorld Orxan Qədirzadə
Suriyanın paytaxtı Dəməşqdə yerləşən kafelərdən birində partlayış baş verib.
Suriya mətbuatının yaydığı məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralıların sayı və sağlamlıq vəziyyəti barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Suriyanın rəsmi xəbər agentliyi SANA bildirib ki, partlayış Dəməşqin Hicaz rayonunda qeydə alınıb.
Agentliyin məlumatına əsasən, hadisənin başvermə səbəbi və partlayışın xarakteri hazırda aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Hadisə ilə bağlı əlavə məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.







