BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi İran tərəfindən Bəhreynə qarşı həyata keçirildiyi bildirilən dron hücumlarını kəskin şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı bəyanatda hücumların İran ərazisindən buraxıldığı iddia olunub.
BƏƏ tərəfi bu addımları Bəhreynin suverenliyinin “kobud şəkildə pozulması” və ölkənin təhlükəsizliyi ilə sabitliyinə “təhdid” kimi qiymətləndirib.
Açıqlamada regionda gərginliyin artırılmaması və beynəlxalq hüquqa hörmətin vacibliyi vurğulanıb.







